“Nərminin meytinin tapıldığı gün…” – İlkin Süleymanov ifadə verdi

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, istintaq zamanı fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirib: “Nərminin meytinin tapıldığı gün əvvəl qonşuma dedim. Daha sonra polis əməkdaşı olan Murada zəng edərək məlumat verdik. O da bizə meyiti söndürməyimizi və video çəkiliş aparmağımızı söylədi. Meyitin arxa tərəfində yerdə 3-4 ayaq izləri də var idi.
Daha sonra mən şübhəli şəxs qismində saxlanılıb Tovuz Rayon Polis Şöbəsinə aparıldım. Orada məni hədələdilər”.
Növbəti məhkəmə prosesi mayın 11-nə təyin olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]