İlham Əliyevə təbriklər gəlməkdə davam edir – YENİLƏNİB

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Aktualtv.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımı və ölkənizin daha firavan olmasına dair ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

***

Sinqapur Respublikasının Prezidenti Həlimə Yaqubdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Aktualtv.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sinqapur xalqı adından ölkənizə və xalqınıza səmimi təbriklərimi yetirir, həmçinin davamlı sülh, tərəqqi və xoşbəxtlik diləyir, ən xoş arzularımı çatdırıram.

Sinqapur qlobal təhdidlərə qarşı kollektiv mübarizəmizi gücləndirmək üçün bundan sonra da beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]