“Şaxələndirmə enerji təhlükəsizliyinin ən vacib amillərindən biridir” – İlham Əliyev

“Ölkəmizin enerji daşıma sisteminin səmərəliliyinin artırılması Azərbaycandan qaz ixracını artırmağa imkan verəcək. Bu, bizim məqsədimizdir, əminəm ki, ona nail olacağıq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib.

“Çünki bundan əvvəl planlaşdırdığımız hər bir şeyi,- bu təkcə neft-qaz sahəsinə aid deyil,- həyata keçirmişik və bunu maksimum effektiv şəkildə etmişik”, – dövlət başçısı deyib.

Onun sözlərinə görə, ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və konfransı, həmçinin hazırda keçirilən Bakı Enerji Həftəsi bütün bu mühüm məsələləri müzakirə etməyə imkan verəcək.

“Şaxələndirmə enerji təhlükəsizliyinin ən vacib amillərindən biridir. Enerji strategiyamızın qəbul edildiyi ilk gündən etibarən bunun üzərində çalışırıq: ixrac marşrutlarımızı şaxələndirmişik, müxtəlif istiqamətlərdə 3 neft kəməri, 4 qaz kəməri yaradılıb, 4 ölkəyə elektrik enerjisi ixrac edirik”, – Prezident diqqətə çatdırıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]