TƏBİB-in səlahiyyətləri artırıldı – Prezidentdən FƏRMAN

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyəti artırılıb.

Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərman”ında edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə aşağıdakı səlahiyyət verilib:

– bu Fərmana əsasən, yaradılmış tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirsin və “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını təmin etsin;

– tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər barədə məlumatların real vaxt rejimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin etsin.

Qeyd edək ki, əvvəl bu səlahiyyət Səhiyyə Nazirliyində idi.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]