Bakıda iş adamı başqasını xilas edərkən öldü

Dünən Bakıdakı çimərliklərdən birində ölüm hadisəsi baş verib.

Aktualtv.az xəbər verir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi yaxınlığındakı çimərlikdə 1993-cü il təvəllüdlü Zülfüqarov Vüqar Hafiz oğlu boğularaq ölüb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilir ki, V.Zülfüqarov iş adamı olub və özünün açdığı sürücülük kursuna rəhbərlik edib. O, ötən gün ailə üzvləri ilə birlikdə çimərlikdə istirahət edərkən dənizdə bir nəfərin boğulduğunu görərək həmin şəxsə kömək etməyə çalışıb. Bu zaman boğulmaqda olan şəxs xilas olsa da, 29 yaşlı Vüqar boğulub.

Əslən Salyanın Şorsulu kəndindən olan iş adamı bu gün doğulduğu rayonda dəfn ediləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]