Sığınacaqdakı uşaqların bədəni yara tökdü – Dispanser müalicə etmədi

“Əllərindəki qotura bənzər səpgilərə görə 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirilən azyaşlılar müalicə olunmadan sığınacağa qaytarılıblar”. 

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat verib. Bildirib ki, dispanserə aparılarkən səpgi uşaqların təkcə əllərində vardı, indi isə bütün bədənlərinə yayılıb: 

“Sığınacağımıza yeni yerləşdirilən uşaqlar tibbi müayinədən keçirilərkən dermatoloq əllərindəki səpgilərin qotura oxşadığını bildirdi. Ona görə də dörd gün öncə bu uşaqları 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirdik. Daha sonra bizdən dərman istədilər, onu da apardıq, hətta uşaqların yanına bir könüllümüzü də qoyduq. Nəticədə isə bu görüntülər ortaya çıxdı. Necə “güclü” müalicə aparılıbsa, əvvəl səpgi təkcə əllərində idi, indi bütün bədənlərinə yayılıb. Uşaqlar “sağlamdır” diaqnozu ilə sığınacağa göndəriliblər. Məqsəd nədir? Niyə xəstələrə, özü də uşaq olan pasiyentlərə etinasız yanaşılır?  Mütəxəssislərinizi təcili göndərin, bu körpələri harada istəyirsiniz, müalicə edib sağaldın və bizə təhvil verin”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]