Baş həkim intihara cəhd edib? – DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə Masallı rayonunda yerləşən Vərəm Dispanserinin baş həkimi Mirrəhim Nəbiyevin intihara cəhd etməsi barədə məlumatlar yayılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: 

“Həmin şəxsin dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya qəbul edilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Vəziyyəti ağır olduğundan o, Bakıdakı tibb müəssisələrindən birinə aparılıb. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır. Təfərrüatlar həmin şəxsin dindirilməsindən və araşdırma aparıldıqdan sonra məlum olacaq”.

“Unikal”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]