Masallı RPŞ-də polis mayoru bölmə rəisinə atəş açıb?

Masallı Rayon Polis Şöbəsində silahlı insident baş verməsinə dair iddialar yayılıb.

Bu barədə jurnalist Əfqan Sadıqov məlumat paylaşıb. O bildirib ki, oktyabrın 8-də günorta radələrində Masallı RPŞ-də iki əməkdaş arasında silahlı insident yaşanıb:

“RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Xəzər Şahbazov əməliyyatçı polis mayoru İlqar Qasımovla mübahisə edərkən onu təhqir edib. Bundan əsəbiləşən İlqar Qasımov “Makarov” silahından Xəzər Şahbazova 3 dəfə atəş açıb. Lakin əməliyyatçı polis serjantı Zamin Kazımovun müdaxiləsi nəticəsində atılan güllələr hədəfdən yan keçib”.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki olaraq bildirdi ki, Masallı RPŞ-də silahlı insidentin baş verməsi iddiaları uydurmadır və heç bir əsası yoxdur:

“Oktyabrın 7-də Masallı Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru İlqar Qasımov xidmətdən sonra ona təhkim olunmuş silahı növbətçi hissəyə təhvil verən zaman silahın dolu və ya boş olduğunu yoxlayarkən ehtiyatsızlıqdan bir dəfə atəş açılıb. Heç kim xəsarət almayıb, hər hansı maddi ziyan qeydə alınmayıb”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]