Bakıda DƏHŞƏT: Qadını bir maşın vurdu, digəri üstündən keçdi

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 16-da saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Sürəyya Əfəndiyeva müəyyən edilməyən avtomobillə vurulub, arxadan gələn Bakı şəhər sakini H.Fətullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində ölüb.

Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin “Mercedes markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Vahid Mahmudov saxlanılıb.

Araşdırma aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]