Ukrayna və Rusiya növbəti dəfə əsirləri DƏYİŞDİ

Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi baş tutub.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Twitter”də bildirib.

“Daha bir əsir mübadiləsi aparıldı. 52 nəfər – zabitlərimizi, həkimlərimizi, çavuşlarımızı, əsgərlərimizi azad etdik”.

Onun sözlərinə görə, azad olunanlar arasında Ukrayna Milli Qvardiyasının hərbçiləri, “Azov” batalyonunun döyüşçüləri, Hərbi Dəniz Qüvvələrinin hərbçiləri var. Yermakın sözlərin görə, iki mülki şəxs də azad olunub.

Rusiya Müdafiə Nazirliyi də hərbi əsirlərin mübadiləsini təsdiqləyib. Rusiya tərəfinə Ukrayna tərəfində saxlanılan 50 hərbçi qaytarılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]