AzTU-nun tələbəsi Avropa çempionu olub

Azərbaycan Texniki Universitetinin (AzTU) birinci kurs tələbəsi Raul Qasımzadə Yunanıstanın Afina şəhərində keçirilən uşu-kunq fu üzrə Avropa çempionatınının yeniyetmələr arasında sanda yarışlarında 56 kq çəki dərəcəsində ölkəmizi təmsil edib. O, bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb və Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, Raul Qasımzadə AzTU-nun Energetika və avtomatika fakültəsinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alır.

AzTU-nun rektoru Vilayət Vəliyev Raul Qasımzadəni qəbul edib və onu qazandığı qələbə münasibətilə təbrik edib. Gələcək yarışlarda Raul Qasımzadəyə uğurlar arzu edən rektor onu fəxri fərmanla təltif edib.

Raul Qasımzadə göstərdiyi diqqətə görə rektora təşəkkür edib.

Xatırladaq ki, uşu-kunq fu üzrə Avropa çempionatında Azərbaycan komandası 12 qızıl medal qazanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]