Prezident Hulusi Akarı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, Hərbi Dəniz Qüvvələri komandanı və Hərbi Hava Qüvvələri komandanı daxildir.

Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Görüşdə 2022-ci ilin də Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı baxımından çox uğurlu il olduğu bildirilib, əlaqələrimizin bütün sahələrdə, o cümlədən hərbi sahədə daha da gücləndiyi vurğulanıb. Bu baxımdan, hazırda ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin çox böyük önəm daşıdığı qeyd edilib. Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı bildirilib.

Azərbaycana səfərinin Ümummilli Lider Heydər Əliyevin anım günü ərəfəsində olduğunu deyən Hulusi Akar Ulu Öndərin xatirəsinin Türkiyədə daim dərin ehtiramla anıldığını bir daha vurğulayıb.

Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin münasibətlərimizin inkişafında rolu xüsusi olaraq qeyd edilib və iki dövlət başçısının müəyyənləşdirdiyi qərarlar əsasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyi məmnunluqla vurğulanıb.

Hulusi Akarın ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]