Azərbaycanda toplanan zəkat İrana göndərilir?

“Azərbaycanda toplanan xüms-zəkatın ayrı-ayrı şəxslər tərəfindən yığılaraq İrana göndərilməsi və bundan başqa məqsədlərlə istifadəsinə dair ciddi iddialar var”. 

Bunu Milli Məclisdə çıxışı zamanı deputat Ceyhun Məmmədov bildirib. 

Deputat qeyd edib ki, əvvəlki dövrdə quru sərhədlər açıq olanda vətəndaşlarımız İrana və digər dövlətlərin ərazisinə keçərək bu vəsaiti əldə edirdilər: “İndi isə bu vəsait başqa yollarla çatdırılır. Burada bir sıra hallarda banklardan da istifadə edilir”.

Ceyhun Məmmədov qeyd edib ki, bu gün Azərbaycanda dini fəaliyyət sahəsində aktuallıq kəsb edən məsələlərdən biri də müxtəlif dini qrupların ayrı-ayrı dövlətlər, xüsusilə İran tərəfindən maliyyələşdirilməsinin qarşısının alınmasıdır: “Bu gün İran Azərbaycanda yaratdığı şəbəkəni bəzi din xadimlərini müxtəlif yollarla maliyyələşdirir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]