Bakıda iki maşın toqquşub, 3 nəfər ölüb – YENİLƏNİB

Xəzər rayonu Qala-Türkan yolunda ağır yol qəzasənda 1 nəfər xəsarət alıb, 3 nəfər ölüb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toqquşub.
Hadisədə “VAZ-2107” avtomobilin sürücüsü 1959-cu il təvəllüdlü Qurban Əliyev, sərnişinləri – 2009-cu il təvəllüdlü Lütfəlizadə Aminə və bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itirib.

Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

xxx

18:17

Xəzər rayonunda Qala-Türkan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hunday” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, “VAZ-2107” avtomobilin sürücüsü və sərnişini olan azyaşlı ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]