Dəhşətli cinayətin TƏFƏRRÜATI: “WhatsApp”da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş

Tovuzda arvadını öldürən şəxsə hökm oxunub.

Aktualtv.az xəbər ki “Unikal”ın əldə etdiyi məlumata görə, Tovuz rayonu Hacallı kənd sakini Nicat Əhmədov arvadı Nuranə Əhmədovanın taksi sürücüsü Bayraməli ilə sevgi münasibətlərinin olduğundan şübhələnib. Qohumları Nicata arvadının ev işləri ilə məşğul olmadığını və gün ərzində telefonla çox danışdığını deyiblər. https://ad.adriver.ru/cgi-bin/erle.cgi?sid=1&ad=735770&w=480&h=100&bt=1&pid=3406055&bn=3406055&rnd=890547704&tail256=https%3A%2F%2Funikal.az%2Fnews%2F366330%2Fabs-ukraynaya-60-eded-doyus-masini-gonderdi

Nicat ilk növbədə taksi sürücüsü Bayraməli ilə görüşüb, onunla arvadı arasında sevgi münasibəti olub-olmadığını soruşub. Bayraməli isə belə bir şeyin olmadığını deyib. Mübahisə etdikdən sonra taksi sürücüsü həmin ərazidən qaçıb.

Mübahisə bitdikdən sonra Nicat evə gedib və arvadı Nuranə ilə danışmağa başlayıb. Nuranə Bayraməlinın ona hədə-qorxu gəldiyini deyib. Ona görə də Bayramalı ilə danışıb, münasibət qurduqlarını, lakin onunla ilə cinsi əlaqədə olmadığını bildirib. Əri Nicat isə Nuranənin sözlərinə inanmayıb.

Ertəsi gün arvadı Nuranənin mobil telefonunu götürən Nicat “WhatsApp”a daxil olub və həyat yoldaşının Bayraməli ilə yazışmalarını, eyni zamanda onların çılpaq fotolarını da görüb. Nicat həmin şəkillə bağlı Nuranədən soruşub. Nuranə isə şəkilin montaj olduğunu deyib. Nuranə ərinə “yaxşı edib gəzirəm, öldürürsən öldür” sözlərini deyib. Nicat soyuducudan götürdüyü bıçaqla arvadı Nuranənin boğazını kəsib. Daha sonra ona 25 bıçaq zərbəsi vuraraq amansızlıqla qətlə yetirib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və qətli törədən Nicat Əhmədov saxlanılıb.

Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən Nicat Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nicatla Nuranə 2015-ci ildə ailə həyatı qurublar. Onların 2, 3 və 5 yaşlı üç övladları var.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]