DSX-nin kursantı yol qəzasında ÖLDÜ – YENİLƏNİB

Ötən gün saat 19:20 radələrində Ramiz Qəribov idarə etdiyi “QAZ-3102” markalı avtomobillə Qəbələ rayonunun Uludaş kəndində hərəkətdə olarkən piyada, 2003 – cü il təvəllüdlü Laçın Mahmudovu vurub. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilir ki, hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

00:22

Fevral ayının 13-də saat 19:30 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 3-cü kurs kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. 

Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi kursantın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]