7 yaşlı məktəbli qız boğaz əməliyyatında öldü

Qobustan rayonunda 7 yaşlı qız cərrahi əməliyyat zamanı vəfat edib.

Aktualtv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2016-cı il təvəllüdlü Yağmur Məmmədova Qobustan Rayon Mərkəzi Xəstəxanasında burun-boğaz əməliyyatı üçün narkoz verildikdən sonra qəfil vəfat edib.

Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdi olan Yağmurun narkozun təsirindən şoka düşdüyü və bu səbbədən vəfat etdiyi bildirilir.

Faktı ilə bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 3 həftə əvvəl Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli, 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu xəstəxanadan buraxılandan sonra yaşadığı evdə dünyasını dəyişib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]