BDU tələbəsinin valideynləri Türkiyədə zəlzələdə həlak oldu

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Türkiyədə baş vermiş zəlzələdə valideynlərini itirib.

Aktualtv.az Modern.az-a istinadən xəbər verir ki, BDU-nun tələbəsi, Türkiyə vətəndaşı olan Xədicə İlikin ata-anası Adıyaman bölgəsində dağıntılar altında qalaraq həlak olub.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 40 minə yaxın insan dünyasını dəyişib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]