Azərbaycanda daha bir tanınmış tiktoker saxlanıldı

“TikTok” sosial şəbəkəsində açdığı yayımlarla məşhurlaşan və daha çox söyüşlü videolarla gündəmə gələn Əmrah Məhərrəmov saxlanılıb.

Aktualtv.az xəbər verir ki, Gürcüstandan ölkəyə qayıdan tiktoker hava limanında saxlanılıb və Nərimanov Rayon Məhkəməsinə gətirilib.

Qeyd edək ki, bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu bir sıra tiktokerdən DİN-ə şikayət edib. Onların arasında Əmrah Məhərrəmov da olub. Lakin adıçəkilən şəxs Gürcüstana getdiyi üçün saxlanılması mümkün olmayıb. Bu gün ölkəyə gələn Ə.Məhərrəmov saxlanılıb.

Xatırladaq ki, o, daha əvvəl də canlı yayımda işlətdiyi ifadələrə görə saxlanılıb və həbsdə olub.  

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]