Azərbaycanlılara Rusiya ordusuna qoşulmaq üçün bukletlər paylanılır? – Foto

Azərbaycanda Rusiya ordusunda xidmət keçməyə səsləyən reklam bukletlərinin paylanılması barədə sosial şəbəkələrdə iddialar yayılıb.

Reklam bukletlərində Rusiya ordusunun sıralarına qoşulmaq istəyənlər üçün həvəsləndirici şərtlər irəli sürülüb. Belə ki, vətəndaşlara yüksək sosial təminat müqabilində həmin ölkənin ordusuna qoşulmaq təklif edilir.

Digər iddiaya əsasən isə sözügedən broşürlər Rusiyada azərbaycanlıların kompakt yaşadığı ərazilərdə paylanılır.
Məsələ ilə bağlı DİN-nin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev “Qafqazinfo”nun sorğusunu cavablandırıb. O bildirib ki, DİN məsələdən məlumatlıdır və araşdırma aparılır.

“Qafqazinfo”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]