ABŞ-dən Azərbaycan və Ermənistana TƏKLİF – Özəl

ABŞ Azərbaycan və Ermənistan rəhbərliyinə sülh sazişi üzərində iş çərçivəsində bəzi ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini təqdim edib.

Aktualtv.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan bildirib. Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar prosesində “irəliləyiş var”.

“Mayın əvvəlində dövlət katibi iki ölkənin xarici işlər nazirlərini bir sıra ən mübahisəli məsələlərin, məsələn, sərhəd bölgəsindəki qoşunların çıxarılması, müqavilədəki mübahisələrin həlli mexanizmi üzərində işləmək üçün qəbul edib”, – deyə o diqqətə çatdırıb.

O qeyd edib ki, ötən həftə “hansı sahələrdə irəli gedə biləcəyimizi” anlamaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]