“Vətəndaşlar üçün sığınacaqların vəziyyəti və onların sayının nə vaxt, necə artacağı konkret məmurların məsuliyyətindədir”.
Aktualtv.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciəti zamanı deyib.
Onun sözlərinə görə, səlahiyyətli şəxslər hava hücumu zamanı vətəndaşları qorumaq üçün yetərincə iş görməyib. O, Rusiyanın son hücumları nəticəsində dörd nəfərin öldüyünü, ikisi uşaq olmaqla 34 nəfərin yaralandığın deyib.
Zelenski çıxışı zamanı həmçinin bildirib ki, Britaniyanın ən böyük müdafiə şirkəti “BAE Systems” ilə Ukraynada silahların istehsalı və bərpası üçün baza yaradılması barədə danışıqlar aparılıb.
Səbinə Kərimova / aktualtv.az