İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti vəzifəsinə keçirilən növbədənkənar seçkilərdə qazandığı parlaq qələbə münasibətilə Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

Dövlət başçısı səsvermənin nəticələrinin milli iradənin ifadəsinin, Özbəkistan vətəndaşlarının Şavkat Mirziyoyevə olan sonsuz etimadının, inamının və hörmətinin, onun Özbəkistanın hərtərəfli inkişafı, rifahı və tərəqqisi naminə yürütdüyü siyasi xəttə geniş xalq dəstəyinin bariz təzahürü olduğunu qeyd edib.

“Biz ortaq tarixi-mədəni köklər, qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Özbəkistan münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Xalqlarımızın iradə və məramından qaynaqlanan, qarşılıqlı inam və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi, tərəfdaşlığımızın yüksələn xətlə inkişaf etməsi xüsusi məmnunluq doğurur”, – deyə dövlət başçısı vurğulayıb.

Son dövrdə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının, qarşılıqlı faydalı əməkdaşlığın inkişafında yeni istiqamətlərin müəyyənləşdirilməsinin sevindirici hal olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: “Əminəm ki, birgə səylərimizlə qardaş ölkələr və etibarlı tərəfdaşlar olan Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq münasibətlərinin inkişafına, çoxşaxəli əməkdaşlığın genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]