Rüşvət alan gömrük əməkdaşlarına cinayət işi açıldı

Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər ifşa edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

“Sədərək” gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş material əsasında Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla bir qrup gömrük əməkdaşının 25 adda dərman vasitələrinin dövlət qeydiyyatına alınmadan, nəzarətsiz ölkə ərazisinə keçirilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır”, – deyə məlumatda qeyd olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]