Maliyyə Nazirliyinin aparat rəhbəri Cavanşir Yusifov vəzifəsindən azad edilib.
Bununla bağlı nazir Sahil Babayev yeni əmr imzalayıb.
Nazirin digər əmrinə əsasən, bu vəzifə Natiq Həsənova həvalə olunub.
O, 1979-cu ildə anadan olub, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb.
N.Həsənov 2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçisi, 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.
“C.Yusifovun dövlət qulluğuna pensiya yaşında olması ilə əlaqədar öz arzusu ilə xitam verilib”, – deyə məlumatda qeyd olunub.