Şimali Makedoniya Prezidenti Azərbaycanla diplomatik pasport sahibləri üçün vizanın ləğvini təklif edib

Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Şimali Makedoniya və Azərbaycan arasındakı diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqinin ləğv edilməsindən danışıb.

Prezident bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

Qordana Silyanovska-Davkova bildirib ki, dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyacağıq:

“Zənnimcə, bu, nə Şimali Makedoniyanı, nə də Azərbaycanı qane edən vəziyyətdir və bu addımın atılması iki xalq arasında yaxınlaşmaya xidmət edəcəkdir. Ümid edirəm ki, biz Azərbaycanın mədəniyyətini də tanımağa davam edəcəyik. Bundan əlavə, elm sahəsində də universitetlərimiz arasında əməkdaşlığın qurulmasına nail ola bilərik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]