Boşanmış ər arvadını mənzildən çıxara bilərmi? – Ali Məhkəmədən QƏRAR

Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi mülkiyyət hüquqi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. İşin hallarına görə, tərəflər keçmiş ər-arvad olub, nikahları 2018-ci ildə pozulub. Mübahisə cavabdehin (arvadın) fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi ilə bağlıdır. Həmin evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə 1/2 payla […]
“Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsi çərçivəsində növbəti tədbir ADPU-nun Şəki filialında keçirildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi tərəfindən həyata keçirilən “Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsinin növbəti maarifləndirici tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında baş tutub. Üçaylıq müddətdə reallaşdırılan layihənin rəhbəri Büllur Məmmədovadır.Layihənin əsas məqsədi gənclər arasında narkotik vasitələrin istifadəsinin qarşısını almaq, onları bu təhlükəli vərdişdən qorumaq və sağlam sosial mühitin […]
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə sənəd qəbulu cari ilin 30 may tarixinədək uzadılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, vətəndaş məmnunluğunun və əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın 13 şəhərində ümumi olaraq 17 sənəd qəbulu mərkəzi yaradılıb. Sözügedən […]
Dövlət Komitəsi: “Yas mərasimlərində təyinatı olmayan adamlar məclis idarə edirlər”

“Son zamanlar qadın dini ayin icraçılarının təyinatında məqsəd yas mərasimlərində xurafat, falçılıq kimi zərərli vərdişləri deyil, əsl dini təbliğ etmələridir. Bəzən yas mərasimlərində təyinatı olmayan şəxslər məclis idarə edirlər”. Aktualtv.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, əslində, yas məclislərini idarə edən şəxs təhsilli […]
AzTU “dövlət-universitet-sənaye” tandemində yeni layihənin icrasına başlayır

Universitet-sənaye işbirliyinin genişləndirilməsi çərçivəsində “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 8 may 2023-cü il tarixində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Yevlax, Göyçay və Şəki Şəhər İcra hakimiyyətləri arasında müqavilə imzalanıb. Qeyd edək ki, müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol […]
“Zır kayfdayam bu gün”, “Ley-pey olmuşam”, “Ay yetim”… – Zərərli mahnıların siyahısı

Zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısı tərtib edilib. Siyahı “Mahnılarımız monitorinq aynasında” adlı kitabda öz əksini tapıb. Həmin mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Həmin mahnı nümunələri aşağıdakılardır: – İlkin Çərkəzoğlu – “Aparır, kayf aparır”, “Bomba kayfda”, […]
Azərbaycanda ət bahalaşdı – YENİ QİYMƏT

Azərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb. Aktualtv.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Cəlilabaddakı satıcılar bildirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub. Səbəb isə diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır. Tovuzda isə yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə […]
Bakıda ana və qızı bıçaqlandı – Biri öldü

Bakıda ana və qızı bıçaqlanıb. Bu barədə Aktualtv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 2-i saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli […]
Qafqaz uğrunda böyük oyun

Caliber.az Avropa İttifaqının missiyası ilə bağlı sensasion məlumatları açıqladı
DSX-nın əsgəri vəfat ETDİ

Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cabbarov Mirkamal Vüqar oğlu 17.08.2022-ci il tarixdə DSX-nin hərbi hospitalında müalicədə olarkən xəstəlikdən vəfat edib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən xəbər verilib.Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.