Tanınmış meyxanaçı yenidən həbs edilib

“Mahir Ay Brat” kimi tanınan meyxanaçı Mahir Qonşuyev yenidən həbs edilib. Mahir Qonşuyev elektron qolbaq qaydalarını pozduğu üçün onun barəsindəki azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib və azadlıqdan məhrumetmə ilə dəyişdirilib. Hazırda o tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Qeyd edək ki, M. Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan […]

Mədəniyyət naziri Göygöl rayonunda vətəndaşları qəbul edib

Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu iyunun 12-də Göygöl rayonunda olub. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, qəbulda Gəncə və Naftalan şəhərləri, Göygöl, Daşkəsən, Samux və Goranboy rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar. Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, əməyin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər […]

Nadir Qafarzadədən Vəfa Şərifova ilə bağlı İLGİNC ADDIM

Müğənni Nadir Qafarzadə bir müddət əvvəl tənqid etdiyi həmkarı Vəfa Şərifova ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. İfaçı toylardan birində onunla birgə səhnə aldığını və səsini bəyəndiyini deyib: “Ötən gün Xaldanda bir toyda Vəfa Şərifova da iştirak edirdi. Vəfanın orada oxumasına şahid oldum. Və dedim ki, niyə də olmasın? Yaxşı ifadırsa, canlı oxuyursa, buna dəstək […]

Babək Quliyev vəfat etdi

Əməkdar mədəniyyət işçisi Babək Quliyev vəfat edib.70 yaşlı fotoqraf mayın 25-i dünyasını dəyişib. B. Quliyev uzun illər Mədəniyyət Nazirliyində, həmçinin “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib. Müdafiə Nazirliyində fotoreportyor, hərbi operator kimi çalışıb, cəbhə bölgələrində çoxsaylı çəkilişlər edib. Qarabağ müharibəsi veteranıdır. Qeyd edək ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Azər Quliyev mərhumun qardaşıdır.

Mədəniyyət naziri Adil Kərimli Düşənbədə tacik həmkarı ilə görüşüb 

Mədəniyyət naziri Adil Kərimli Düşənbədə tacik həmkarı ilə görüşüb19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirlə əlaqədar nazir Adil Kərimlinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Düşənbədə səfərdədir. Tacikistan Milli Kitabxanasında mədəniyyət naziri Adil Kərimli ilə tacik həmkarı xanım Matlubaxon Sattoriyen arasında mayın 20-də ikitərəfli görüş keçirilib. Əvvəlcə nazirlər […]

Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib

Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyi yanında Gennadi Udovenko adına Diplomatik Akademiyada Azərbaycan şairi, Ukrayna ədəbiyyatı nümunələrinin tərcüməçisi, diplomat Abbas Abdullanın (1940-2019) anadan olmasının 85-ci ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirin təşkilatçıları Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna-Türk Mərkəzi olub. Ukrayna ədəbiyyatının ən görkəmli azərbaycanlı tərcüməçisi və tədqiqatçısı olan Abbas Abdulla Ukrayna dilini yüksək bədii səviyyədə […]

Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bəstəkar, Xalq artisti Aygün Səmədzadə Gəncə filarmoniyasının direktoru vəzifəsinə təyin olunub.  Qeyd edək ki, Aygün Səmədzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasının […]

İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.Mədəniyyət naziri Adil Kərimli dövlət başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verib. Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Mərkəzdə kafe, kinozal, kitabxana və iki […]

Əli Əsədov: Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.Bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin ilə keçirilən geniş tərkibdə görüş əsnasında bildirib. Azərbaycanın Baş naziri deyib: “Bu gün qarşılıqlı fəaliyyətimizin ən mühüm məsələlərinə dair çox konstruktiv və ətraflı müzakirələr apardıq. Hökumət xətti ilə […]

Erməni saxtakarlığı sərhəd tanımır

“Uzun illər Azərbaycanın mədəni, tarixi və bədii irsinə sahiblənməyə çalışan ermənilərin plagiatlıq ənənələri sərhəd tanımır. Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıblar, həm də qeyri-maddi irs nümunələrimizi oğurlayaraq özününküləşdiriblər. Azərbaycanın bir sıra mədəni irs nümunələri bu gün də erməni mülkiyyəti adı altında həm Ermənistanda, həm də xaricdə tirajlanır”.Bu barədə “Əqli […]