Ərdoğan Əhməd Əş-Şaraa ilə Suriyadakı vəzyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya Prezidenti Əhməd Əş-Şaraa ilə telefon danışığı olub. Məlumatı “Haber Global” yayıb. Bildirilib ki, liderlər İsrailin hücumlarından sonra Suriyadakı son vəziyyət müzakirə ediblər. Məlumata görə, Prezident Ərdoğan danışıq zamanı İsrailin Suriyaya qarşı hücumlarının qəbuledilməz olduğunu, bu hadisənin bütün region üçün təhlükə yaratdığını, Türkiyənin indiyə qədər olduğu kimi bundan sonra da […]

Penitensiar xidmətdə birinci yarımilinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun rəhbərliyi ilə 2025-ci ilin birinci yarımilinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib. Bu barədə Xidmətdən məlumat verilib. Müşavirədə açılış nitqi ilə çıxış edən nazir müavini bildirib ki, ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədovun tapşırıq və tövsiyələrinə əsasən ötən dövrdə qanunçuluğun möhkəmləndirilməsi, fəaliyyətdə […]

Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar.Burada Qarabağ atlarının təqdimatı keçirilib. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə edib.

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Qurbanqulu Berdiməhəmmədovun diqqətinə çatdırıldı ki, vaxtilə işğal edilmiş bütün ərazilərimizdə olduğu kimi, Şuşada da tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib. Şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan […]

Sabah 41 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraiti yağmursuz olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan […]

Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib, Prezident İlham Əliyev qarşılayıb

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna gəlib. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı. Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Xalq Məsləhətinin sədrinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat […]

Azərbaycan XİN İraqa başsağlığı verib

dərin hüznlə başsağlığı veririk. Yaralanan şəxslərə isə tezliklə sağalmağı arzulayırıq”, – deyə paylaşımda qeyd edilib. Qeyd edək ki, İraqın Kut şəhərində ticarət mərkəzində baş verən güclü yanğında 50 nəfər həlak olub, üçgünlük matəm elan edilib.

Səməd Bəşirli: “Azərbaycan Pakistanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqdir”

Pakistan və Azərbaycan regional əməkdaşlıq, ticarət və investisiyaların inkişafına diqqət yetirməklə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiq qalmaqda davam edirlər. Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İslamabada səfəri çərçivəsində Pakistanın federal rabitə naziri Abdul Alim Xanla görüşdə bildirib. A.Xan vurğulayıb ki, Pakistanın Azərbaycanla uzunmüddətli dostluğu mühüm strateji üstünlükdür. O, Pakistanın Hindistanla münaqişəsi dövründə rəsmi Bakının davamlı dəstəyini […]

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,7 ABŞ dolları, yaxud 2,3 % azalaraq 72,36 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,01 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin […]

Bakıxanov qəsəbəsinin bəzi hissəsində işıq olmayacaq

Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, iyulun 17-də Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. Bu səbəbdən saat 10:00-dan 13:00-dək Bakıxanov qəsəbəsində Leyla Məmmədbəyli, Nazim İsmayılov, Səmədbəy Mehmandarov, […]