Prezident 2025-ci ilin büdcəsini TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi “2025-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib. Gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir. Son nəticədə büdcədə ÜDM-in 2,36 %-i səviyyəsində – 3 […]

Deputatlar bu tarixdə tətilə ÇIXIR

Milli Məclisin payız sessiyasının sonuncu iclasının tarixi məlum olub. Sonuncu iclas dekabrın 29-da baş tutacaq. Mövcud qanunvericiliyə görə, iclasdan sonra deputatlar tətilə çıxacaq.  Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi […]

Müəllimlərin sertifikasiyası qaydalarına dəyişiklik

Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasında dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri ilə yanaşı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi də altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparacaq və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını […]

Sabah Xocalıya növbəti köç olacaq – 119 nəfər doğma yurduna qayıdır 

Xocalı rayonunun Ballıca kəndinə ikinci köç olacaq. Köç sabah – dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində baş tutacaq. Sabah Ballıca kəndinə 21 ailənin yəni 119 nəfərin köçürülməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı öz doğma torpaqlarında qeyd edəcəklər.  Böyük qayıdışla bağlı kənddə […]

Pezeşkiandan “günah keçisi” düzəltmək cəhdi – istefa onun qurtuluşu olar – ŞƏRH

Son günlər İranda, ondan xaricdə sosial şəbəkə və KİV-də İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın istefa verəcəyinə dair müxtəlif səpkili məlumatlar, mülahizələr yayılır. Buna səbəb nədir? Niyə prezidentliyinin yüz günü başa çatandan sonra bu xəbərlər yayılır? İranın Suriya, Qəzza zolağı və Livandakı uğursuzluğu ilə bunun əlaqəsi var? Hakimiyyətdaxili islahatçı xəttin nümayəndəsi Məsud Pezeşkian Prezident İbrahim Rəisi […]

Azərbaycanda sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunu yoxlanılması üçün qaydalar təsdiq edilib

Nazirlər Kabineti sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydalarını təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu qaydalar Rəqabət Məcəlləsinə uyğun hazırlanıb və sazişlərin rəqabət qanunvericiliyinə uyğun olub-olmamasını müəyyən etmək üçün müraciət və qərar prosesini tənzimləyir. Saziş iştirakçılarından hər hansı biri bağlanılmış sazişin istisna edilməsi üçün rəqabət orqanına könüllü şəkildə yazılı müraciət edə […]

Özbəkistan Prezidenti İlham Əliyevə başsağlığı verib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Şavkat Mirziyoyev baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların yaxınlarına başsağlığını bildirib, yaralanan şəxslərin tezliklə sağalmalarını arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib. Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 […]

Sabah yağış yağacaq – PROQNOZ

Azərbaycanda dekabrın 27-də hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % […]

Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar endirildi

Azərbaycanda milli matəm günü ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində və Türkiyə şəhidliyində bayraqlar yarıya endirilib. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi sosial media üzərindən paylaşım edib. “AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasına görə elan edilən milli matəm günü ilə bağlı olaraq Səfirliyimizdə və Azərbaycandakı şəhidliklərimizdəki bayraqlarımız yarıya endirilib. Faciəli qəzada həyatını itirən qardaşlarımızı bir daha […]

Qazaxıstan Baş naziri ölkədə aviasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı göstəriş verib

Qazaxıstanın Baş naziri Oljas Bektenov Aktau yaxınlığında Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan AZAL təyyarəsinin qəzaya uğramasından sonra aviasiya təhlükəsizliyinin gücləndirilməsini tapşırıb. Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb. “Bu hadisə onu göstərir ki, biz də uçuşların təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görməliyik. Həyata keçirilən tədbirlər çərçivəsində aviasiya şirkətlərimizin hava gəmilərinin ekipajlarının ixtisaslaşma səviyyəsini və s. yenidən […]