Cənubi Koreyanın keçmiş baş naziri prezident seçkilərində namizədliyini irəli sürüb

Cənubi Koreyanın keçmiş baş naziri və prezident səlahiyyətlərini icra edən Han Dok Su prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan edib. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. O vəd edib ki, prezidentlik müddətini azaltmaq üçün konstitusiyaya düzəlişlər edəcək və ticarət sahəsindəki böhranın aradan qaldırılması üçün iqtisadi təcrübəsindən istifadə edəcək. Han Dok Su mayın 1-də vəzifəsindən istefa […]

Fransanın şəhərlərində polislə nümayişçilər arasında toqquşmalar baş verib, saxlanılanlar var

Fransanın Nant şəhərində hüquq-mühafizə orqanları 1 May aksiyasında başlayan iğtişaşlar səbəbindən su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər. Bu barədə Pei-de-la-Luar regionunun prefekturası sosial şəbəkələrdə məlumat yayıb. “Nümayişçilər prefektura binasına ziyan vurub və hüquq-mühafizə orqanlarına əşyalar atıblar. Polis su şırnaqları və gözyaşardıcı qaz tətbiq edərək cavab verib”, – məlumatda bildirilib. Həmçinin qeyd edilib ki, polis […]

Tramp: 100-dən çox ölkə ABŞ ilə ticarət sazişləri üzrə danışıqlar aparır

ABŞ Prezidenti Donald Tramp Hindistan, Yaponiya və Koreya Respublikası da daxil olmaqla 100-dən çox ölkənin Birləşmiş Ştatlarla ticarət razılaşmalarını müzakirə etdiyini bildirib.O, bu barədə məlumatı “NewsNation” telekanalında açıqlayıb. “Artıq yüzdən çox ölkə səhər, günorta və axşam bizə zəng edir, razılığa gəlmək ümidi ilə”, – ABŞ lideri deyib. Eyni zamanda, onun sözlərinə görə, indiki mərhələdə ABŞ […]

İsrail Suriyaya hücum etdi

İsrail yenidən Suriyaya hücum edib. Bu barədə  Suriyanın dövlət mediası məlumat yayıb. Dəməşqə endirilən hava zərbələri nəticəsində bir sıra obyektlərə ziyan dəydiyi bildirilir. İtkilər barədə məlumat verilməyib.

Ərdoğan: İlk fürsətdə Donald Trampla üzbəüz görüşəcəyik

İlk fürsətdə ABŞ Prezidenti Donald Trampla üzbəüz görüşəcəyik.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyadan dönərkən təyyarədə mediaya açıqlaması zamanı deyib. Türkiyə Prezidenti ABŞ ilə Türkiyə münasibətlərinin daha da inkişaf edəcəyinə inandığını bildirib: “Telefon danışığımız çox səmimi, məhsuldar və dostcasına keçdi. Onun Türkiyənin həssaslığını nəzərə alan rəftarını alqışlayırıq”. Ərdoğan əlavə edib ki, iki lider olaraq Suriya […]

Qapıda olan müharibə – hadisənin Yeni Delhiyə aparan izləri – ŞƏRH

Hindistan-Pakistan münasibətlərində yeni böhran qlobal gərginlik yaradıb. Bir neçə gün əvvəl Cammu və Kəşmirin Pahalqam şəhəri ərazisində baş verən silahlı hücum iki ölkə arasında onsuz da xoş olmayan münasibətləri müharibə həddinə çatdırıb. Həmin hadisə nəticəsində 26 nəfər ölüb, 13 nəfər yaralanıb. Yayılan xəbərlərə görə, onların çoxu Hindistanın müxtəlif ştatlarının sakinləri, ikisi isə Birləşmiş Ərəb Əmirlikləri […]

Ərdoğan İtaliyada Meloni ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Corcia Meloni (Giorgia Meloni) arasında görüş başlayıb.Bu barədə NTV məlumat yayıb. Bildirilib ki, 4-cü Türkiyə-İtaliya Hökumətlərarası Zirvə Toplantısında iştirak etmək üçün Romaya gedən prezident Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri C.Meloni tərəfindən Villa Pamphili İqamətgahında rəsmi mərasimlə qarşılanıb. Daha sonra Ərdoğanla Meloni təkbətək görüş keçirib.

Xaçaturyan: Ermənistan Azərbaycanla sülh gündəliyini irəli aparacaq

Ermənistan sülh gündəliyini irəli aparmaq niyyətində qətiyyətlidir və sülh prosesində konstruktiv iştirakını davam etdirəcək.Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə İrəvanda birgə bəyanatında bildirib. O xatırladıb ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni razılaşdırılıb və imzalanmağa hazırdır. Prezidentin sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanla hərtərəfli sülh quracağına ümid edir. “Ermənistan Gürcüstanın Cənubi […]

Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir

Gürcüstanın Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “NATO-Gürcüstan Təlimi 2025” Krtsanisidəki Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) rəsmi olaraq start götürüb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Təlimin açılış mərasimində Gürcüstan müdafiə nazirinin müavini Giorgi Liluaşvili, Müdafiə Qüvvələrinin komandan müavini general-mayor Zaza Çxaidze, NATO-nun hərbi əlaqələndiricisi polkovnik Berat Telli çıxış edərək iştirakçıları təbrik edib və onlara […]

Pakistan Hindistanla münaqişənin nüvə qarşıdurmasına çevrilə biləcəyinə dair xəbərdarlıq edib

Pakistan Hindistanın mümkün hərbi hücumuna qarşı hazırlıqlara başlayıb və belə bir ssenaridə tam gücü ilə cavab verəcəyini bəyan edib. Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif bildirib. Nazir bildirib ki, “dünya ictimaiyyəti nüvə qarşıdurmasına çevrilə biləcək bu təhlükəli mübahisəyə diqqət yetirməlidir”. Onun sözlərinə görə, həm Pakistan, həm də Hindistan nüvə silahına malik dövlətlərdir və bu, […]