Ağdaşda 2 yaşlı uşaq qıcolmadan ölüb

Ağdaşda 2 yaşlı uşaq qıcolmadan ölüb. Hadisə rayonun Şıxlı kəndində qeydə alınıb. Belə ki, 2023-cü il təvəllüdlü Asif Alışov yaşadığı evdə yüksək temperatur və qıcolmadan ölüb. Faktla bağlı araşdırma aparılır.
Zəhərlənmə bu şadlıq evində olub – Say 32 nəfərə çatıb

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən şadlıq saraylarının birində kütləvi zəhərlənmə olub. Hadisə Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində qeydə alınıb. Zəhərlənənlərin vəziyyəti ilə bağlı Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd “Qafqazinfo”ya açıqlama verib: “19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki […]
Şabranda çaydan iki meyit tapılıb

Şabranda çaydan iki meyit tapılıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 2 […]
Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb

Sumqayıt şəhəri Sülh prospektində yerləşən “Jalə” ticarət mərkəzində yanğın başlayıb. “Report”un yerli bürosunun məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Baş Prokurorluq: Son iki ildə hərbi xidmətə çağırışla bağlı 157 həkim və tibb işçisi ilə bağlı təqdimatlar verilib

Son iki ildə hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntuları ilə bağlı 157 həkim və tibb işçisi ilə bağlı təqdimatlar verilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd olunub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması […]
Göyçayda yas mərasimində evin eyvanı uçub, 5 qadın xəsarət alıb

Göyçayda yas mərasimi zamanı evin eyvanı uçub. Hadisə Fərahim İsrafil oğlu Vahidova məxsus evdə qeydə alınıb. Evdə yas mərasimində iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanı uçub. Nəticədə 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, […]
Cəbrayılda hərbçi minaya düşərək həlak olub

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub. “Report”un Cənub bürosunun əldə etdiyi məlumata görə, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib. Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Sumqayıtda şüşə məmulatları sexi yanıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 2500kv.m olan şüşə məmulatları istehsalı […]
Sumqayıtda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz […]
Xaçmazın dörd, Qubanın bir kəndində yanğın baş verib – YENİLƏNİB

Xaçmaz rayonunun Qalağan, İstisu, Xaspoladoba, Canaxır kəndələrində və Quba rayonunun isə Küsnət kəndi ərazisində açıq ərazidə yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz, Şabran və Quba rayonlarının Yanğından Mühafizə hissələrinin qüvvələri yanğınların söndürülməsinə cəlb olunub. Xaçmaz rayonunun Xaspoladoba kəndi və İstisu qəsəbəsi ərazisindəki yanğınlar […]