Azərbaycan Prezidenti iranlı nazirlə Araz çayı üzərində avtomobil körpüsünün inşasını müzakirə edib

Azərbaycan Prezidenti İlham Əliyevlə İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi Araz çayı üzərində avtomobil körpüsünün tikintisi layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq […]
DTX-nin terrorçuluqda təqsirli bildiyi şəxsə məhkəmə ağır cəza verib

[center][img]https://azadmedia.az/uploads/posts/2025-04/1744089529_1a09d084-9fcf-347a-a1a8-941bb62673d4_850.jpg[/img][/center]Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözünü demək üçün prosesin qapalı davam etdirilməsini və məhkəmə zalında olan şəxslərin çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxsin vəsatəti təmin edilib. Daha sonra […]
İran XİN: Tehran heç vaxt nüvə silahı yaratmayacaq

İran nüvə silahı hazırlamayacaq, çünki bu, ölkə rəhbərliyi tərəfindən qadağan edilib. Bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. İ.Bəqai bununla iranlı deputat Məhəmməd Qasım Osmaninin Qərblə danışıqlarda “bərabərliyi” təmin etmək üçün nüvə silahı yaratmaq təklifinə şərh verib: “İran heç vaxt və heç bir şəraitdə nüvə silahı yaratmaq yoluna getməyəcək. Bu, ayətullah Əli Xameneinin […]
Sabah 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil […]
Rumıniya Kubokunu qazanan Azərbaycan millisinin üzvü: “Qarşımızda son və ən çətin vəzifə qalıb”

Qarşımızda son və ən çətin vəzifə – Rumıniya çempionatının finalı qalıb.Bunu Rumıniyanın “Alba” klubunun heyətində ölkə kubokunun qalibi və Avropa Voleybol Konfederasiyasının (CEV) Kubokunda ikinci yeri tutan Azərbaycan millisinin hücumçusu Yelizaveta Ruban deyib. O, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında CEV Kubokundakı nəticədən də razı qaldıqlarını söyləyib: “Çox şadam ki, Rumıniya Kubokunu qazandıq. Finalda rəqibimiz […]
Doqquz il öncəki savaşın davamı: yeni şərait, azad torpaq – ANALİZ

Azərbaycan torpaqlarını mübarizə, əzm və birlik nəticəsində azad edib. Bu yolda minlərlə vətəndaşı şəhid, qazi olub. Bir sıra güclərin etirazını baxmayaraq, rəsmi Bakı torpaqlarını işğaldan azad edəcəyini bütün səviyyələrdə bəyan edirdi. 2010-cu il iyunun 18-də Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov təkbaşına bir kilometr məsafəlik minalanmış ərazidən keçərək işğal altında olan Tərtər rayonunun Çaylı kəndində […]
“Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin İşçi qrupuna üzv seçilib

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə İşçi qrupuna (Fans Working Group) üzv seçilib. Ağdam təmsilçisindən verilən məlumata görə, o, 2023–2027-ci illəri əhatə edən dövrdə sözügedən qurumda fəaliyyət göstərəcək. A.Hacıyev 25 ölkədən irəli sürülən çoxsaylı namizədlər arasından qrupa üzv olmaq hüququ qazanıb. O, qrupun tərkibində “Yuventus”, “Tottenhem”, “Çelsi”, “Betis”, […]
İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Xalq artisti Şəfiqə Haşım qızı Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Ş.Məmmədova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə mükafata layiq görülüb. Qeyd edək ki, […]
Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini ilə əməkdaşlığı müzakirə edib

UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini Stefania Ciannini ilə müvafiq sahədə davam edən əməkdaşlıq və perspektivləri müzakirə edib.Bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin mətbuat xidməti bildirib. “UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində Azərbaycan elm və təhsil naziri […]
Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib

Ermənistan parlamenti respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib.Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qanun layihəsi bir sıra ictimai və siyasi təşkilatların təşəbbüsü çərçivəsində irəli sürülüb, onlar bu layihə üçün 60 min imza toplayıblar. Qanun layihəsinin qəbul edilməsinin lehinə 64, əleyhinə 7 deputat səs verib. Hakim […]