Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur 

Narkomaniya yaddaş və təfəkkürü pozur,həyata siyasi proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir.
Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır.

Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar. Rəsmi statistikaya görə son beş ildə Azərbaycanda narkomanların sayı 10 dəfə artıb. Son məlumatlara əsasən respublikada narkomanların rəsmi sayı 31 mindən nəfərdən artıqdır.
Dünyada 2 milyondan çox narkoman var ki, onların 40-45% qadın və uşaqlardır.
Azərbaycan Respublikası mühüm tranzit məntəqəsidir, xüsusən Əfqanıstandan Rusiya və Avropaya heroin nəqlində Azərbaycan Respublikasında Narkotilk maddələrin daxili istehlakı artmaqda davam edir. Heroin istifadəçilərinin əksəriyyəti 64.6% iri şəhərlərdə cəmlənib.

Narkomanlıq cəmiyyətin özəyi olan ailəni dağıdır qeyri stabil şəraitin yaranmasına səbəb olur. Narkomaniya təhlükəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə prezident cənab İlham Əliyev “Narkomaniya və narkotika dövriyyəsinə qarşı tədbirlər haqqında” fərman vermişdir.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Narkotik vasitələr psixotron maddələrin qanunsuz dövriyyəsi haqqında” qanun qəbul etmişdir.

Büllur Məmmədova

“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi sədr müavini

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]