Biz yeni mətbuatın yaranması astanasındayıq

Peşəkar jurnalistika ilə çox yaxından təmasda olduğum və əsl jurnalistika ilə saxta zurnalistlər arasında olan fərqi dəfələrlə gördüyüm üçün “Mətbuat haqqında” yeni qanun layihəsi ilə bağlı bir sıra fikirlərimi paylaşmağı özümə borc bildim. Əvvəla, istisnasız olaraq hər kəs deyir ki, mətbuat – 4-cü hakimiyyətdir. Digər tərəfdən isə, dövlət orqanları da, dövlət işində çalışmayan insanlar da, sıravi vətəndaşlar da “reket” jurnalistlərdən əziyyət çəkdiklərini ağız dolusu danışırlar. Amma “reket” jurnalistlərin əlindən ən çox əziyyət çəkənlər, ilk növbədə, peşəkar jurnalistlərdir. “Mətbuat haqqında” yeni qanun layihəsini oxuduqdan sonra başa düşdüm ki, Azərbaycan jurnalistikasını yeni, “reketləri” tam istisna edən, belə mənfi hallarla daha səmərəli mübarizə mexanizmlərinin mövcud olduğu era gözləyir. Əgər biz 4-cü hakimiyyət olan mətbuatımızın güclü olmasını, onun əsaslarını sarsıdan “reketçilik” kimi elementlərdən təmizləmək istəyiriksə, bu zaman “Mətbuat haqqında” yeni qanun layihəsinin qəbul olunmasına dəstək verməliyik.
İkincisi, bir sıra adamların bu qanun layihəsini mətbuat azadlığını məhdudlaşdıran sənəd kimi qiymətləndirənlərə də cavab vermək istəyərdim. Məşhur filosif İohann Höte deyirdi ki, “mətbuat azadlığı haqqında o kəslər qışqırır ki, mətbuatdan sui-istifadə etmək istəyir”. Mətbuat azadlığı, bütövlükdə azadlıq kimi, özbaşınalıq və “nə istəyirəmsə, onu da yazıram” prinsiplərinin hökmranlığı demək deyil. Azadlıq, ilk növbədə, qanundur. Bu qanunddan kənara çıxmaq artıq azadlıq deyil. Biz deyirik ki, fransız jurnalı Peyğəmbərin karikaturtasını dərc etməklə mətbuat azadlığının nə olduğunu deyil, 1.7 milyard insanın dini heysiyyatını təhqir edən bir cinayətə yol verdi. Amma özümüzə gələndə ehtimallara, şəxsi və korporativ maraqlara söykənən, subyektiv və bir çox hallarda qeyri-dəqiq fikirlərə əsaslanan məqalələr yazırıq, sonra isə bunu “mətbuat azadlığı” adlandırırıq. Lakin əsl azad mətbuat isə yalnız və yalnız yoxlanılmış faktlar, araşdırmalar əsasında ictimai rəyi formalaşdıran 4-cu hakimiyyətdir. Hazırda bu hakimiyyət yoxdur. Varsa da, həmin o qeyri-ciddi elentlərin üzündən mətbuatın hakimiyyəti də qeyri-ciddi olub. Amma “Mətbuat haqqında” yeni qanun layihəsi Azərbaycan jurnalistikasına ciddilik ruhu gətirir.
Nəhayət, ən əsası. 44 günlük müharibə zamanı və bundan sonra qeyri-peşəkar, yalnız öz reytinqini güdən, milli maraqları ikinci yox, bəlkə 10-cu yerdən də arxaya atan mətbuatın və “vətən xaini” olan “zurnalistlərin” Azərbaycan xalqına, dövlətinə və savaş meydanında düşmənlə ölüm-dirim savaşı aparan Ordumuza vurduğu zərbələrin çahidi olmuşuq. Özünü bu Vətənin daşı sayan hər kəs belə ünsürlərlə mübarizə aparırdı və indi də aparır. Mən yeni qanun layihəsini oxuyanda gördüm ki, indi belələrinin yeri o qədər daralacaq ki, onlar artıq öz-özünə yoxa çıxacaqlar. Və bu, müasir Azərbaycan mediasının ən böyük qələbələrindən biri olacaq. “Mətbuat haqqında” yeni qanun layihəsi qırmızı xəttləri müəyyənləşdirir. Bu xəttlərə qədər biz azad mətbuatın bütün gözəlliklərini, onun millətimizə və dövlətimizə verdiyi faydaları seyr edəcəyik. Bə xəttləri aşanlar isə nəinki mətbuatımızın, eləcə də bizim azadlığımızı pozmuş olacaq.

Mədəniyyətin və Milli Ənənələrin Təbliği ictimai birliyinin sədri,
Büllur Məmmədova

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]