Ermənipərəst Zatulindən növbəti qalmaqallı bəyanat

Mən əminəm ki, Qarabağ konflikti digərləri kimi deyil, həll edilə bilər. Bu qərarın əsasında kompromis dayanmalıdır.

Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitənin birinci müavini ermənipərəst Konstantin Zatulin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair növbəti qalmaqallı bəyanatla çıxış edib.

AKTUAL TV -nin məlumatına görə, 1-ci kanalda yayımlanan “Pozner” verilişində qonaq olarkən aparıcı Vladimir Pozner xatırladıb ki, bir müddət əvvəl Konstantin Zatulin işğal olunmuş Qarabağa səfər etdiyinə görə Azərbaycanda ciddi tənqidə məruz qalıb. Pozner Zatulinin münaqişənin həllinə dair mövqeyi ilə maraqlananda ermənipərəst deputat bunları deyib:

“Mənim Qarabağ konfliktinə münasibətim çoxdan formalaşıb. Bu qərarın əsasında kompromis dayanır. “Dağlıq Qarabağ Respublikası” heç kim tərəfindən tanınmayıb, lakin o mövcuddur və yaşayır. Demək istəyirəm ki, onlar heç vaxt hansısa formada, hətta formal şəkildə Azərbaycanın tərkibinə qayıtmağa razılıq verməyəcəklər. Hətta SSRİ-nin süquta uğradığı vaxt keçmiş Azərbaycan SSR-nin sərhədləri çərçivəsində Azərbaycanın tanınması bir qədər süni xarakter daşıyırdı, çünki həmin məqamda, yəni 91-ci ildə artıq 3 il idi münaqişə gedirdi və Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə tam şəkildə nəzarət etmirdi. Ona görə Dağlıq Qarabağın özmüqəddəratını təyinetmə hüququnu və Azərbaycandan müstəqil olduğunu qəbul etmək lazımdır”, – deyə, Konstantin Zatulin həyasızcasına bəyan edib.

O, “kompromis olaraq” Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılmasının nəzərdə tutulduğunu deyib: “Söhbət yeddi rayonun beşindən gedir. Belə ki, iki rayon Qarabağı Ermənistanla birləşdirir”.

Zatulin hər iki tərəfdə bu kompromisə millətçilərin imkan vermədiyini iddia edib. Deputat Rusiyanın Qarabağ konfliktinin həllində hər iki ölkəyə qarşı eyni məsafədə dayandığını söyləyib:

“Ermənistanla bizim hərbi ittifaq razılaşmamız var, Azərbaycanla yoxdur, amma heç kim Qarabağ konfliktində Ermənistanın tərəfindən çıxış kimi variantları nəzərdən keçirmir. Biz bu situasiyanı konfliktsiz yolla saxlamağa cəhd edirik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]