İctimai Televiziya kitab aksiyası keçirir

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) maraqlı aksiyaya start verib.

İTV-dən “AKTUAL TV” ə verilən məlumata görə, telekanalda gün ərzində hər saat iki sual səsləndirilir və onlardan istənilən birinə cavab verən hər bir şəxs kitab qazanır.

“Əli və Nino” kitab evinin dəstəyi ilə keçirilən aksiyada iştirak etmək istəyənlər gün ərzində İTV-ni izləyə və düzgün cavabı +994 50 345 01 01 nömrəsinə “Whatsapp” vasitəsilə yazıb yollaya bilərlər.

Qeyd edək ki, aprelin 23-ü saat 20:00-a qədər aktiv olacaq aksiya Ümumdünya Kitab və Müəllif Hüquqlarının Qorunması Günü ilə bağlı təşkil olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]