“Formula 1″də bu mövsüm baş tutmaya bilər – RƏSMİ AÇIQLAMA

"Mövcud vəziyyət bizim üçün çağırışdır".

AKTUAL TV nəşrinə istinadən xəbər verir ki, bunu “Formula 1″in hüquqlarına sahib olan “Liberty Media”nın rəhbəri Qreq Maffey deyib. 

O, dünya çempionatının heç bir mərhələsinin baş tutmama ehtimalının olduğunu etiraf edib: “Müxtəlif variantları nəzərdən keçiririk. 15 – 18 Qran-pri də keçirilə bilər, heç biri də. Qran-priləri yalnız yarış komandalarının iştirakı ilə azarkeşsiz keçirmə ehtimalı da var”. 

Qeyd edək ki, “Formula 1″də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl “Formula 1” rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Hollandiya, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya və Monako mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 – 7 iyunda keçirilməli idi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]