Azərbaycanda koronavirusla bağlı SON DURUM: 15 nəfərin vəziyyəti ağırdır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 25-nə olan statistik göstəriciləri açıqlayıb.

AKTUAL TV xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 069 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 120 479 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 25 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 617 yoluxma aşkarlanıb. Onlardan 1 080-i sağalıb, 21-i ölüb. Hazırda aktiv xəstə sayı 516-dır.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]