İşğal altındakı rayonlar istisnasız azad olunmalıdır – Lavrovun bəyanatına deputatdan reaksiya

Məlum olduğu kimi Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli açıqlamalar verib. Rusiyanın baş diplomatı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli gözlənilir. Lavrov qeyd edib ki, ilk mərhələdə ən aktual məsələlərin – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası və s. nəzərdə tutulur.

AKTUAL TV -nin Turkustan.info -ya istinadən verdiyi xəbərə görə, millət vəkili Aqil Məmmədov bildirib ki, Lavrovun son bəyanatı münaqişənin həlli ilə bağlı bundan əvvəlki bəyanatlarından fərqlənir: “Adətən, Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münaqişənin ilə bağlı fikirləri Azərbaycanda narahatlıq doğururdu. Bu dəfə isə, Sergey Lavrov konstruktiv sayıla biləcək mövqe nümayiş etdirib. O, münaqişənin mərhələli həllinin gərəkliyini vurğulayıb. Həm ATƏT-in Minsk Qrupunun üzvü, həm də münasiqəşnin həllində ciddi söz sahibinə malik Rusiyanın baş diplomatının bu bəyanatı əhəmiyyətli sayıla bilər. Bəllidir ki, Azərbaycan da münaqişənin mərhələli həllinin tərəfdarıdır. Ermənistan paket həll variantında israr edir. Bu isə danışıqlardan yayınmaq və Azərbaycan torpaqlarını işğalda saxlamaq üçün yalnız bəhanədir.”

Millət vəklinin sözlərinə görə,bəyanatda səsləndirilən “Qarabağ ətrafındakı bir sıra rayonlar” ifadəsi müəyyən suallar yaradır. Çünki, zaman-zaman 5 rayon”, “5+1” və ya “5+2” rayon ifadə işlədilib: “Lavrovun bəyanatında işlətdiyi “bir sıra rayonlar” ifadələri də haradasa həmin formatlara yaxındır. Ancaq həm Ermənistan, həm onun havadarları, həm də ATƏT-in Minsk Qrupunun üzvləri, o cümlədən, Rusiya bilməlidir ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış suveren sərhədləri tam şəkildə azad olunmalıdır. Bu Azərbaycanın birmənalı mövqeyidir və bu mövqeni Azərbaycan Prezidenti ən mötəbər beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib. Bir sıra yox, bütün ətraf rayonların azad olunması mərhələli həllin birinci hissəsi kimi həyata keçirilməli, ikinci mərhələdə Dağlıq Qarabağın hüquqi statusu həllini tapmalıdır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]