Mikayıl Cabbarov müavinləri ilə brifinq keçirdi

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 27-dən karantin rejiminin yumşaldılmasından sonra sahibkarların hansı formada fəaliyyət göstərəcəyinə dair brifinq keçirir.

AKTUAL TV -nin verdiyi xəbərə görə, brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat nazirinin müavinləri Sahib Ələkbərov və Sahib Məmmədov və Vergilər nazirinin müavini İlkin Vəliyev jurnalistlərin suallarını cavablandırıblar.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, ölkəmizdə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində yaxın günlərdə xüsusi karantin rejiminin yumşaldılmasına başlayacaq: “Ümid edək ki, bu müddət karantin rejimindən çıxış müddətinin başlanğıcı olacaq. Amma bu olmaya da bilər. Karantin rejimindən çıxmaq təkcə dövlətin qəbul etdiyi qərarlardan, qəhrəman həkimlərdən deyil, hər bir vətəndaşın fərdi məsuliyyətindən asılıdır. Biz yeni sosial və iqtisadi həyat tərzinə öyrəşərək yaşamalıyıq. Pandemiyanın müddətini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Müddət insanların qaydalara əməl etməsindən asılıdır. Sahibkarlar yeni qaydaları başa düşməli və tətbiq etməlidirlər

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]