Ülvi Mehdiyev: “”ASAN Xidmət” mərkəzlərində gün ərzində ümumilikdə 1000 nəfərə yaxın insan qəbul olunacaq”

"Karantin dövründə müxtəlif xidmətlər üzrə eyni vaxtda "ASAN xidmət" mərkəzində 100 vətəndaşın qəbulu nəzərdə tutulur".

AKTUAL TV xəbər verir ki, bunu karantin dövründə “ASAN xidmət” mərkəzlərinin fəaliyyət qaydaları ilə bağlı mətbuat konfransıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, “ASAN Xidmət” mərkəzlərində gün ərzində ümumilikdə 1000 nəfərə yaxın insan qəbul olunacaq: “Karantin dövründə “ASAN xidmət” mərkəzlərində vətəndaş qəbulu 2 minə endirilib. Əvvəlki dövrdə isə bu say 30 min idi”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]