Koronavirusdan qorunmaq üçün niyə su içmək lazımdır?

Bütün metabolik proseslərin fəaliyyəti, qida maddələrin lazımi yerlərə çatması və gündəlik tullantı maddələrin bədəndən xaric olması üçün su mühüm elementdir.

AKTUAL TV “Milliyet”ə istinadən xəbər verir ki, məşhur nefrologiya mütəxəssisi Arzu Akgül gündəlik qəbul edilən suyun yağ toxumasının miqdarına və bədən çəkisinə görə dəyişdiyini açıqlayıb:

“İnsanın çəkisi dəyişməyincə mayenin miqdarı dəyişmir. Yeni doğulmuş körpələrdə bu nisbət 78 faizə qədər yüksəlir. Böyrəklərimizin işləməsi üçün kifayət qədər su içmək çox vacibdir. Su sidik, tər və nəcis vasitəsilə toksinlərin çıxarılmasını təmin edir, bədən temperaturuna və qan qatılığına nəzarət edir. Əgər kifayət qədər maye almırıqsa, toksinlər qanın içində toplanır. Nəticədə böyrək daşları və ya daha vacib böyrək çatışmazlığı inkişaf edə bilər”.

Nefroloq bildirib ki, su artıq kalorinin yandırılmasında da mühüm yer tutur. 500 ml su içmək 1,5 saat ərzində enerji istehlakını 30 faiz artırır. Tədqiqatlar göstərir ki, su miqren, baş ağrısı və kolon xərçəngi yaranması riskini azaldır. Bədəndə su az olduqda ürək-damar xəstəliklərinin dərəcəsi artır. Gecə yatmazdan əvvəl bir stəkan su içmək səhər saatlarında ən çox rast gəlinən infarkt riskini də azaldır.

Koronavirusun qarşısının alınmasında təsirli ola biləcək tədbirlərdən biri də immunitetin güclü olmasıdır. Arzu Akgülün sözlərinə görə, immunitetin gücləndirilməsi üçün balanslı və lazımi qidalanmaq lazımdır:

“Bol su toksinləri bədəndən təmizləmək və maddələr mübadiləsini stimullaşdırmaq üçün də vacibdir. Gündəlik kifayət qədər su içmək bədəndən toksinləri çıxarmağa və bakteriya və virusları zərərsizləşdirməyə kömək edir. Su şəxsi təmizliyimizin əsas qaynağıdır, amma bəzi səhvləri düzəltməkdə fayda var. Sirkəli və ya həddən artıq isti su ilə boğaza qarqara etmək ağzın selikli qişasını pozaraq quruluşuna zərər verə bilər. Odur ki, duzlu və ilıq su ilə qarqara edin. Müntəzəm olaraq su içmək vücudumuzun susuz qalmasına mane olur, immuniteti artırmağa kömək edir və virusları mədəyə ötürmür. Yayda ən azı 2-2,5 litr, qışda isə ən azı 1,5 litr maye qəbul edin.

Susuzluq hissi ilə yanaşı sidik rəngi də orqanizmin su balansı haqqında məlumat verir. Sidik miqdarı azaldıqca və rəngi tündləşdikcə su içmək lazımdır. Suyu həmişə görünən yerdə saxlamağa, oyandıqdan sonra 1 stəkan su içməyə çalışın. Xüsusilə məşq edərkən, istidə işləyərkən daha çox su qəbul edin”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]