Sumqayıtda xüsusi karantin rejimini pozan 12 nəfər həbs olunub

Sumqayıtda xüsusi karantin rejimi qaydalarını pozanların sayı açıqlanıb.

AKTUAL TV-nin məlumatına görə, xüsusi karantin rejimi tətbiq olunandan bu günədək Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən şəhər ərazisində keçirilən nəzarət tədbirləri nəticəsində 12 nəfər şəhər sakini inzibati qaydada həbs olunub.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində gücləndirilmiş iş rejimində çalışan polis əməkdaşları ötən müddət ərzində 2321 şəxs barəsində inzibati protokol tərtib edərək cərimələyiblər. Bu protokollardan 1243-ü sahə rəisləri tərəfindən, 1078-i isə Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunub.

Qeyd edək ki, bu müddət ərzində Sumqayıt Polis İdarəsi tərəfindən vətəndaşlara tibbi maskalar da paylanılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]