Mənsimovun səhhəti ilə bağlı açıqlama –SON DƏQİQƏ

15 mart 2020-ci il tarixində FETÖ/PDY silahlı terror təşkilatı ilə əlaqədə günahlandırılaraq yalan və böhtan xarakterli ittihamlar əsasında saxlanılan, 17 mart 2020-ci il tarixində həbs edilən Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun təsisçisi və sahibi Mübariz Mənsimov Qurbanoğlunun sağlamlıq vəziyyəti kritik olaraq qalmaqdadır.

AKTUAL TV xəbər verir ki, keçirdiyi ağır cərrahiyyə əməliyyatından qısa müddət sonra həbs edilən Qurbanoğlunun həbsxanada qaldığı zaman əməliyyat yeri iltihab bağlayıb, bədənində şişlər əmələ gəlib, qara çiyərində narahatlıqlar baş qaldırıb və qanlı sidik ifraz etməkdədir. Keçirdiyi əməliyyatdan sonra düzgün sarğı olunması və həkim tərəfindən müntəzəm müalicə olunması tələb olunduğu bir vaxtda Qurbanoğlunun həbsxanada nəzarətdə saxlanılması nəticəsində onun immun sistemi olduqca zəif durumdadır. Dünyada yaşanan koronavirus pandemiyası səbəbindən infeksiyaya açıq olan Qurbanoğlunun həyati təhlükə altındadır. Halsız, yorğun və yeriməyə çətinlik çəkir. Vəkilləri tərəfindən edilən bütün hüquqi təşəbbüslərə və tələblərə baxmayaraq, Qurbanoğlu hələ də xəstəxanaya göndərilməyib və yoxlanılaraq səhhəti ilə bağlı hesabat hazırlanmayıb. Özünü artıq idarə edə bilməyən Qurbanoğlunun həyatı təhlükə altında olduğu üçün onun Silivri Həbsxanasında qalması mümkün deyil. Qurbanoğlunun saxlanılandan və tutulandan əvvəl keçirdiyi əməliyyatlar barəsində xəstəxananın tərtib etdiyi hesabat mövcuddur. Hesabatda həkim heyətinin normal qaydada sarğılar etməsi, xəstənin istirahət etdiyi və nizamlı həkim nəzarəti altında olması, xüsusən immunitetinin aşağı düşməsi səbəbindən arzu olunmayan virusa yoluxmanın ola biləcəyi bildirilmişdi. Bu sənədlər aidiyyəti dövlət orqanlarına təqdim olunsa da, Qurbanoğlu həbsxanada saxlanılmaqda davam edir və xəstəxanaya belə köçürülmür. Səhhətinin mövcud vəziyyəti ilə əlaqədar özünü idarə etməyəcək durumda olan Mübariz Qurbanoğlunun həbs qərarı ev dustaqlığı qırarı ilə əvəzlənməlidir. Rəsmi orqanlar bu vəziyyətə biganə qaldığı üçün Mübariz Qurbanoğlunun həyatı ciddi təhlükədədir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]