İnam Kərimov: “Bu il ipəkçilikdə bol məhsuldarlıq gözlənilir”

Kənd Təsərrüfatı Nazirliyi yanında Qax Damazlıq İpəkçilik Stansiyasında 20 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının (qrena) kümçülərə paylanması mərasimi keçirilib.

AKTUAL TV bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, Qax Rayon İcra Hakimiyyətinin nümayəndələri, 8 rayonun dövlət aqrar inkişaf mərkəzinin rəhbərləri iştirak ediblər.

Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, keçən ildən fərqli olaraq bu il ilk dəfə Qax Damazlıq İpəkçilik Stansiyasında 5 min qutu ipəkqurdu toxumu (146 kq) istehsal olunub: “Gələn ildən yerli istehsal olan ipəkqurdu toxumlarının istehsalının artırılması nəzərdə tutulur. Ötən ildən fərqli olaraq bu il kümçülərimizin də sayı artıb. Belə ki, cari ildə ipəkqurdu toxumları respublikanın 40 rayonunda 6 000 kümçüyə bölgü əsasında əvəzsiz olaraq paylanılacaq. Hesab edirik ki, dövlətimiz tərəfindən ipəkçiliyin və baramaçılığın inkişafı məqsədilə həyata keçirilən dəstək və təşviq tədbirləri, həmçinin görülmüş işlər nəticəsində bu il məhsuldarlıq yüksək olacaq”.

Nazir bildirib ki, hibrid ipəkqurdu sənaye toxumlarının kümçülərə paylanılması prosesinin may ayının birinci on günlüyünə qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, builki mövsümdə hər birində 50 qutu olmaqla Beyləqan və Samux rayonlarında ilk dəfə barama yetişdiriləcək.

Xatırladaq ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Belə ki, “Azərİpək” MMC yaş baramanı kümçülərdən manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]