Mənsimovun müdafiəsinə dünyanın tanınmış mütəxəssisləri qoşuldu

Türkiyənin hüquq-mühafizə orqanlarının həbs etdiyi Mübariz Mənsimovun müdafiəsinə İnsan Haqqları üzrə dünyanın ən böyük üç nəhəng mütəxəssisi qoşulub.

AKTUAL TV omniastrategy.com saytına istinadən xəbər verir ki, bunlar Böyük Britaniyadan İnsan haqları üzrə tanınmış vəkil və Böyük Britaniyanın keçmiş baş naziri Toni Blerin həyat yoldaşı Çeri Bler (CBE, QC of Omnia Strategy LLP), Harvard Universitetinin Fəxri Professoru Alan Dershovitz (Professor Emeritus of Harvard University), həmçinin Tibb elmləri doktoru, professor Nikolas Muzindir (MD, JD of Stonington Global LLC). Bu şəxslər iş adamı Mübariz Qurbanoğlu Mənsimovun işini araşdırmaq üçün onun vəkilləri Çaka Kul və İsinbike Bilgili ilə bir komandada işləyəcəklər. Qeyd edək ki, bu şəxslər artıq birgə Bəyanat da qəbul ediblər. Çeri Bler iş üzrə insan haqlarının pozulması faktlarını araşdıracağı zaman professor Derşivitz və doktor Muzin hüquqi müdafiənin beynəlxalq vasitələrinin tətbiqinin mümkünlüyünü öyrənəcəklər. Sayt yazır ki, Mənsimovun işi Türkiyədə hüququn aliliyinin qorunması və bu ölkədə hakimiyyətdən sui-istifadə halları ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlığı ilə əlaqəlidir. Çeri Bler bildirib ki, “bu məsələni sona qədər araşdırmaq və bütün suallara cavab tapmaq əzmindədir”. Professor Derşovitz isə deyib ki, “bizim komanda bir yerdə işləyərək bütün beynəlxalq və ölkədaxili hüquqi öhdəliklərin qorunmasını təmin edəcək.” Öz növbəsində doktor Muzin vurğulayıb ki, “Mübariz – bütün dünyada minlərlə insan tərəfindən sevilir, Türkiyədə və Azərbaycanda çox hörmətli xeyriyyəçidir… COVİD-19 virusunun geniş yayıldığı dönəmdə onun saxlanılması nəzərimizdən yayınmadı və biz ədalətin bərqərar olunacağına can ataçayıq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]