Türkiyədə şagirdlərin növbəti sinfə keçirilməsinə qərar verildi

Türkiyə hakimiyyəti pandemiya ilə əlaqədar məktəblərdə məsafədən tədrisin müddətini mayın 31-dək uzadıb.

AKTUAL TV “CNN Turk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Ziya Səlcuk məlumat verib.

“Pandemiya ilə əlaqədar məsafədən tədrisin müddəti mayın 31-dək uzadılıb. Şagirdlərin hamısı növbəti sinfə keçiriləcək”, – o vurğulayıb.

Qeyd edək ki, pandemiya müddətində Türkiyədə martın 16-dan 23-dək məktəblərdə tətil olmuşdu. Bir müddət sonra məsafədən tədrisin müddəti aprelin 30-dək uzadıldı.

Xatırladaq ki, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 992 nəfərə, infeksiya daşıyıcılarının sayı isə 114 653-ə yüksəlib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]