Azərbaycanda məhkumlar arasında koronavirusa yoluxma qeydə alınmayıb – RƏSMİ

Azərbaycanda məhkumlar arasında yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma halı qeydə alınmayıb.

AKTUAL TV -nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bu gün təşkil edilən onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hərarəti olan məhkumlar koronavirus testindən keçirilib və onların heç birində virus aşkarlanmayıb.

A. Sabitova qeyd edib ki, Ədliyyə Nazirliyinin əməkdaşları və məhkəmə hakimləri arasında da koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]