AKTUAL TV Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir ki, imsak vaxtı 04:00, iftar isə 19:51 -ə təyin olunub.
Ramazan ayının yeddinci gününün duası:
“Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin”.
Tərcüməsi:
“İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!”
Allah orucunuzu qəbul etsin!